“Yuventus” və “Milan”ın sabiq baş məşqçisi Massimiliano Alleqri fəaliyyətini “Nyukasl”da davam etdirə bilər.
Böyük Britaniyanın nüfuzlu “The Sun” nəşri yazır ki, klubun sahibi Mayk Eşli səhmləri Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salmana satmağa razı olduğundan komandada ciddi islahatlar gözlənilir. Belə ki, şeyx ilk növbədə kluba iddialı baş məşqçi gətirmək istəyir. Məhz bundan sonra “Nyukasl”a yüksək səviyyəli futbolçular transfer olunacaq.